AZ

Dövlət qurumunun əməkdaşlarını bu dəfə "A-Qrup Sığorta Şirkəti" sığortalayacaq - MƏBLƏĞ

Dövlət Neft Fondu tərəfindən əməkdaşlar üçün (160 nəfər) könüllü tibbi sığorta xidmətlərinin satın alınması ilə bağlı elan edilmiş tenderin nəticəsi açıqlanıb.

FED.az xəbər verir ki, tenderin qalibi "A-Qroup Sığorta Şirkəti" Açıq Səhmdar Cəmiyyəti olub. Müqavilənin dəyəri 136 min manat təşkil edir. Ehtimal olunan qiymət isə 199 min 200 manat idi.

Qeyd edək ki, "A-Qroup Sığorta Şirkəti" ASC dövlət qurumlarının tibbi sığorta üzrə keçirdiyi tenderlərdə fəal iştirak edir. Şirkətin qalib gəldiyi digər tenderlər aşağıdakılardır:

 Səhiyyə Nazirliyi tərəfindən könüllü tibbi sığortanın satınalınması üzrə tenderin qalibi olub. Müqavilənin dəyəri 10 min 504 manat təşkil edib (18.06.2025).

“Qarabağ Dirçəliş Fondu” Publik Hüquqi Şəxsi tərəfindən işçilərin könüllü tibbi sığortası və Fondun balansında olan nəqliyyat vasitələrinin “Kasko” sığortası xidmətlərinin satın alınması üzrə tenderdə qalib gəlib. Müqavilənin dəyəri 22 min 325 manat olub (03.10.2024).

 Mərkəzi Bank tərəfindən əməkdaşların tibbi sığortalanması üzrə keçirilən tenderin qalibi olub. Həmin müqavilənin dəyəri 380 min 13 manat təşkil edib (28.09.2020).

 

Qeyd edək ki, Dövlət Neft Fondu əməkdaşlarının tibbi sığortası üzrə əvvəlki illərdə keçirilən tenderlərdə müxtəlif şirkətlərlə əməkdaşlıq edib. Fondun bu sahə üzrə əvvəlki seçimləri aşağıdakı kimidir:

Cari ilin əvvəlində (09.01.2025) keçirilən tenderin qalibi "Qala Sığorta" ASC olmuşdu. Həmin müqavilənin dəyəri 147 min 200 manat təşkil edib.

2023-cü ildə (24.11.2023) keçirilən tenderdə "Atasığorta" ASC qalib gəlmişdi. Müqavilənin dəyəri 129 min 600 manat olub.

2019-cu ildə də (05.12.2019) Fondun seçimi "Atasığorta" ASC olmuş və 127 min 500 manatlıq müqavilə imzalanmışdı.

Seçilən
17
fed.az

1Mənbələr