Bakı.Trend:
Dekabrın 19-da Sudanda və onun xaricində yaşayan Sudan xalqı2018-ci ilin dekabr inqilabının 7-ci ildönümünü qeyd etdilər.
İnqilab pisləşən iqtisadi və siyasi şərtlərə qarşı etiraz kimibaşlamış və Sudan xalqının inqilabın məqsədlərinə nail olmaqistiqamətində dayanıqlığını və qətiyyətini təcəssüm etdirib.
Təxminən 3 il davam edən faciəvi vətəndaş müharibəsindən vəmülki keçid hökumətinin devrilməsindən 5 il keçməsindən sonraSudanlıların əsas arzuları müharibənin dərhal dayandırılması vəekstremizm, terrorizm və əvvəlki rejimlərin dağıdıcısiyasətlərindən azad, demokratik mülki dövlətin qurulmasınayönəlmişdir.
Birləşmiş Ərəb Əmirlikləri sarsılmaz mövqeyini bir dahatəsdiqləyir:
1. Dərhal və qeyd-şərtsiz atəşkəsin elan edilməsi;
2. Humanitar yardımın təcili, təhlükəsiz və maneəsiz şəkildəçatdırılmasının təmin edilməsi;
3. Müharibə aparan tərəflərin heç biri tərəfindən nəzarətolunmayan, Sudanlıların təhlükəsizlik, sabitlik və sülhə dairarzularını reallaşdıracaq mülki rəhbərlik tərəfindən müstəqilsiyasi keçidin həyata keçirilməsi;
4. Sudan xalqının maraqlarını ali prioritet hesab edən və ABŞ-ınrəhbərlik etdiyi Kvartetlə (Quad) birgə işləmək öhdəliyi.
Qeyd edilməlidir ki, Afrika İttifaqı Port SudanAdministrasiyasının (PSA) legitimliyini tanımır. PSA-nın sondövrlərdə yayınma və təbliğat xarakterli fəaliyyəti müəyyənekstremist aktorların və şəbəkələrin əsas milli institutlara təsirgöstərmək cəhdləri ilə bağlı narahatlıqlar yaradır.
Həmçinin, aşağıdakı keçidə müraciət edilməsi tövsiyə olunur. Bu,CNN və Lighthouse Reports tərəfindən hazırlanmış birgə araşdırmahesabatıdır və PSA tərəfindən Sudanın Əl-Cəzirə ştatı üzrə mülkiəhalini hədəf alan, etnik motivli kampaniyanı sənədləşdirilmişsübutlarla ifşa edir.
BƏƏ-nin səyləri hər zaman ilk növbədə humanitar xarakter daşıyıb(2015–2025-ci illərdə BƏƏ Sudan Respublikasına 4,24 milyard ABŞdolları həcmində yardım göstərmiş, 2023–2025-ci illərdə isə 784milyon ABŞ dolları məbləğində humanitar yardım töfhə vermişdir ki,münaqişə başlayandan bəri BƏƏ ABŞ-dan sonra Sudana ən böyük ikincidonor olub).
BƏƏ bu dağıdıcı vətəndaş müharibəsi dövründə Sudan xalqına qarşıhər iki vuruşan tərəfi- həm PSA-nın, həm də Sürətli DəstəkQüvvələrinin (Rapid Support Forces) hərəkətlərini qətiyyətləpisləməyə davam edir.
BƏƏ mülki şəxslərə qarşı törədilən zorakılığın və vəhşiliklərindayandırılması üçün birləşmiş regional və beynəlxalq səylərinvacibliyini vurğulayır.