ain.az, Apa.az saytına istinadən bildirir.
2025–2026-cı tədris ilindən başlayaraq yeni təmayül məktəb (Tam orta məktəb) layihəsinin tətbiqinə başlanılıb.
Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, hazırda 13 şəhərdə yerləşən 14 ümumi təhsil müəssisəsində 1716 şagirdin (X sinifdə 1282, XI sinifdə 434 nəfər) və 264 müəllimin iştirakı ilə pilot qaydada həyata keçirilir.
Modelin tətbiqinin məqsədi müvafiq siniflərdə təhsil alan şagirdlərin meyil, maraq və qabiliyyətlərinə uyğun istiqamətlər üzrə dərinləşdirilmiş və sistemli bilik verilməsi, müasir əmək bazarına uyğun bacarıqların formalaşdırılması, yüksək akademik hazırlığın təmin olunmasıdır.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.