AZ

Ya Tramp yolu , ya da Avrasiya İqtisadi Birliyi Moskvadan İrəvana şərt

Unikal.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Rusiya Vaşinqtonda elan edilən "Beynəlxalq sülh və rifah naminə Tramp yolu" adlı erməni-amerikan layihəsi ətrafındakı hadisələri diqqətlə izləyir".

"Unikal" xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin "Noev Kovçeq" qəzetinə verdiyi müsahibədə deyib. 

"İndiyə qədər yalnız bu qəribə adı eşitmişik. Bildiyimiz qədəri ilə, onun tətbiqi ilə bağlı praktiki işlər hələ başlamayıb. Mövqeyimiz bu təşəbbüs formalaşdıqda bəlli olacaq", - Kopırkin bildirib.

O qeyd edib ki, "Tramp yolu" Ermənistanın Avrasiya İqtisadi Birliyinə (AİB) üzvlüyünə təsir göstərə bilər, çünki respublika ərazisindən malların tranziti, digər məsələlərlə yanaşı, Avrasiya İqtisadi Birliyinin qanunları ilə tənzimlənir: "Bu məsələ ilə bağlı erməni tərəfdaşlarımızla əsaslı məsləhətləşmələrə hazırıq. Rusiya həmişə Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılmasını dəstəkləyib, xüsusən də bu sahədə irəliləyiş əvvəlcə Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 2020-2022-ci illərdə imzalanmış bir sıra üçtərəfli sazişlərə əsaslanırdı. Biz inanırıq ki, müvafiq proseslər regiondakı bütün maraqlı ölkələrin və onların qonşularının maraqlarını nəzərə almalıdır". 

Ağarza Elçinoğlu

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
83
1
unikal.az

2Mənbələr