"Barselona"nın vingeri Lamin Yamal bu mövsüm 5 aparıcı Avropa liqalarında ən çox driblinq edən futbolçudur.
Fanat.Az xəbər verir ki, gənc cinah hücumçusunun 524 cəhdindən 285-i uğurlu alınıb ki, bu da başqa oyunçular üçün əlçatmaz göstəricidir.
Cari mövsüm bütün turnirlərdə 20 matça çıxan Yamal 9 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 200 milyon avro ilə dəyərləndirir. İspaniya millisinin üzvünün "Barselona" ilə müqaviləsinin müddəti 2031-ci ilə qədər nəzərdə tutulub. Hazırda 46 xalı olan Kataloniya təmsilçisi İspaniya La Liqasının turnir cədvəlində 1-ci pillədə mövqe tutub. "Blauqrana" əzəli rəqibi "Real"ı 4 xal qabaqlayır.
Nihat