Bakı. Trend:
“2022-2028-cı illər üçün Dövlət Proqramı” çərçivəsindəümumilikdə 1794 tələbə xaricdə təhsil almaq hüququ qazanıb.2025/2026-cı tədris ilində Dövlət Proqramı çərçivəsində dünyanın 14ölkəsinin 65 nüfuzlu ali təhsil müəssisəsində təhsil almaq üçün 125nəfər bakalavriat, 356 nəfər magistratura və 19 nəfər doktoranturasəviyyəsi üzrə olmaqla, ümumilikdə 500 tələbə təqaüdə layiqgörülüb.
Trend xəbərverir ki, bu barədə Elm və Təhsil Nazirliyinin 2025-ci il üzrəhesabatında qeyd olunub.
Məlumata görə, onlardan 21 nəfər bakalavariat, 136 nəfərmagistratura, 6 nəfər doktorantura olmaqla, ümumilikdə 163 nəfərmüvafiq beynəlxalq reytinq cədvəllərində ("Times Higher Education",“QS World Unıversıty Rankings” və “Academic Ranking of WorldUniversities (Shanghai)”) universitetlər üzrə top10-da yer alan birneçə ali təhsil müəssisəsində təhsil almaq hüququ qazanıb.
“2019-2023 Dövlət Proqramı” çərçivəsində xaricdə doktoranturatəhsil səviyyəsi üzrə 284 nəfər təhsil almaq hüququ qazanıb. 9nəfər proqram iştirakçısı isə təhsilini uğurla başa vuraraq ölkəyəqayıdıb və Dövlət Proqramı məzunu statusu əldə edib.
Proqram çərçivəsində dünyanın 14 ölkəsinə aid 69 ali təhsilmüəssisəsində təhsilini başa vuraraq ölkəyə qayıdan 292 nəfərhazırda əmək fəaliyyəti ilə məşğuldur.