AZ

Həmrəylik Günü xalqımızın birliyini, soydaşlarımızın həmrəyliyini əks etdirir - Vüqar Rəhimzadə

Bakı. Trend:

Müasir, müstəqil, qalib Azərbaycanın dünəni, bu günü və gələcəyiilə bağlı çağırışlar Ulu Öndər Heydər Əliyev siyasətinintəntənəsidir. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətəqayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədivə sarsılmaz etməklə yanaşı, ölkəmizin inkişaf yolununparametrlərini müəyyənləşdirdi. Ümummilli Liderimizin xalqıntəkidli tələbi ilə hakimiyyətə qayıtdığı ilk gündən qarşıya qoyduğuəsas hədəflərdən biri Azərbaycanın müstəqilliyini, suverenliyinidaimi etmək üçün harada yaşamasından asılı olmayaraq bütün dünyaazərbaycanlılarının bir amal-azərbaycançılıq ideologiyası ətrafındasıx birləşməsi, həmrəyliyi məsələsi oldu.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı VüqarRəhimzadə bildirib.

Deputat bildirib ki, dahi şəxsiyyət Heydər Əliyev hələhakimiyyətinin birinci dövründə azərbaycançılıq ideologiyasınıninkişafını, təbliğini prioritet məsələ kimi qarşıya qoyaraq buistiqamətdə önəmli addımlar atmışdı:

"Ulu Öndərin tarixi yaddaşın bərpası istiqamətindә atdığıqətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına şəraityaratdı, xalqımızın özünüdərkini və soykökünə qayıdışını təminetdi, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşınaçevrildi. Dahi rəhbərin fəaliyyətinin Naxçıvan mərhələsində dünyaazərbaycanlılarının birliyi, həmrəyliyi istiqamətində mühüm tarixiqərar qəbul edildi. Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə NaxçıvanMuxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-dakeçirilən iclasında 31 dekabr tarixinin dünya azərbaycanlılarınınhəmrəyliyi bayramı kimi qeyd olunması barədə qərar qəbul olundu.Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçünölkə parlamentinə - Azərbaycan Respublikasının Ali Sovetinəmüraciət etdi. Dekabrın 25-də Azərbaycan Respublikası Ali SovetininMilli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin DünyaAzərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanunqəbul etdi və həmin vaxtdan etibarən bütün azərbaycanlılar bu günüən əziz bayramlarımızdan biri kimi qeyd edirlər.

Dünya azərbaycanlılarının həmrəyliyini, onların vahid amalətrafında təşkilatlanması prosesini daim diqqətdə saxlayan UluÖndər Heydər Əliyev Həmrəylik Gününü təsis etməklə xalqımızınbirliyi və ideoloji həmrəyliyi yolunda inamlı addımlar atdı. Artıqhəmin vaxtdan indiyədək Həmrəylik Günü Azərbaycanda və dünyanın70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı iləəlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işindəmühüm rol oynayır".

Milli Məclisin deputatı qeyd edib ki, Ümummilli Lider HeydərƏliyevin vurğuladığı kimi, Dünya Azərbaycanlılarının HəmrəyliyiGününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıqmübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyəçevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqınındirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onumüstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyəsəfərbər edən Həmrəylik Günü hər bir azərbaycanlı üçün inam və ümidanıdır. Dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımızyaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onlarınmilli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil,suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarınınbirliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycandövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığınavə ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına,yaşamasına qayğı təşkil edir. Ulu Öndərin “Hər bir insan üçün onunmilli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm,bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” çağırışı artıq hərbir azərbaycanlı üçün milli qürur rəmzinə çevrilib.

Vüqar Rəhimzadə onu da əlavə edib ki, dünyanın müxtəlifölkələrində Azərbaycan cəmiyyətlərinin, mərkəzlərinin yaradılmasınanail olan Ümummilli Lider Heydər Əliyev onların bir mərkəzdən idarəolunmasını təmin etmək üçün Dünya Azərbaycanlılarının Qurultayınınkeçirilməsi təşəbbüsü ilə çıxış etdi. 2001-ci ilin noyabrındaBakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Qurultaysoydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlifölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığınınartmasına təsir göstərdi. Bu təşəbbüs ölkənin ictimai-siyasihəyatında yeni bir hərəkat, dövlət siyasətinin yeni bir istiqamətiidi. Qurultaydan sonra, daha dəqiq desək Ümummilli Lider HeydərƏliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə xaricdəkisoydaşlarımızla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsiməqsədilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə DövlətKomitəsinin (hazırda Diasporla İş üzrə Dövlət Komitəsi)yaradılması, həmin il dekabrın 27-də isə Milli Məclis tərəfindən“Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında”Qanunun qəbul edilməsi dünya azərbaycanlılarının milli birliyi vətəşkilatlanması prosesini daha da gücləndirdi.

Millət vəkili qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin siyasikursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevhazırda diaspor quruculuğu istiqamətində müasir dövrlə səsləşəngenişmiqyaslı siyasət həyata keçirir. Dövlətimizin başçısı xaricdəyaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasınıAzərbaycan dövlətinin başlıca vəzifələrindən biri hesab edir. Son22 ilin mühüm hadisələrindən biri də Ümummilli Liderin DünyaAzərbaycanlılarının Qurultayının keçirilməsi sahəsində əsasınıqoyduğu ənənənin Prezident İlham Əliyev tərəfindən uğurla davametdirilməsidir. Dövlətimizin başçısının “Dünya azərbaycanlılarınınII Qurultayının keçirilməsi haqqında” Sərəncamına uyğun olaraq2006-cı il martın 16-da Bakıda keçirilən növbəti mötəbər toplantıxaricdə yaşayan azərbaycanlıların məskunlaşdıqları ölkələrdədiaspordan lobbiyə çevrilməsi istiqamətində yeni addım oldu,ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasıişində əhəmiyyətli rol oynadı. Sonrakı illərdə DünyaAzərbaycanlılarının III, IV qurultayları keçirildi.

Vətən müharibəsində tarixi Zəfərimizdən ötən 5 ilin əlamətdarhadisələrindən biri də məhz Qarabağın tacı, döyünən ürəyi Şuşanınşahidliyi ilə 2022-ci ilin aprelində Dünya Azərbaycanlılarının V-Zəfər Qurultayının keçirilməsidir. Həmin Qurultaydakı çıxışında“Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya AzərbaycanlılarınınQurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu,təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünyaazərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə, Zəfəradı xalqımıza çox yaraşır” söyləyən Prezident İlham Əliyev onu dabildirdi ki, bu gün alnımız açıqdır, üzümüz gülür, başımız dikdirvə həmişə belə olacaq. Bundan sonra Azərbaycan xalqı müzəffər xalq,Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq.

Vüqar Rəhimzadə bildirib ki, 44 günlük İkinci Qarabağ müharibəsiAzərbaycan xalqının birliyini, hər zaman Prezident, Müzəffər AliBaş Komandan İlham Əliyevin ətrafında sıx səfərbər olduğunu birdaha nümayiş etdirdi. Vətən müharibəsində dünyanın müxtəlifölkələrində yaşayan azərbaycanlılar da tarixdə görünməmiş dərəcədəfəallıq göstərdilər, daha sıx birləşdilər. Yaşadıqları ölkələrdəAzərbaycanın haqq səsinin eşidilməsi üçün səylərini əsirgəmədilər.Prezident İlham Əliyev çıxışlarında bu məqamı xüsusi vurğulayır ki,müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızındüşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşıcəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünyaictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizəlayiqli töhfə oldu. O da qeyd edilir ki, “Dəmir yumruq” bizim Zəfərsalnaməmizin, birliyimizin rəmzi idi.

Milli Məclisin deputatı qeyd edib ki, bu gün harada yaşamasındanasılı olmayaraq hər bir azərbaycanlı qürurludur. Azad Qarabağımızdavə Şərqi Zəngəzurumuzda genişmiqyaslı bərpa-quruculuq işləri həyatakeçirilir. Böyük Qayıdış Proqramının uğurlu icrası sakinlərinəqovuşan şəhər, kənd və qəsəbələrimizin sayında da özünün aydınifadəsini tapır. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüərəfəsində sakinlərinə qovuşan Füzuli, Laçın, Xocalı, Şuşa,Cəbrayıl, Kəlbəcər şəhərlərinin sırasına Ağdam şəhərinin də adıyazıldı. Ümumiyyətlə, bu il soydaşlarımızın növbəti qayıdışünvanları Kəlbəcər və Ağdam şəhərləri oldu. Qısa zamanda görülənişlər Azərbaycanın malik olduğu iqtisadi imkanların təqdimatıdır.Prezident İlham Əliyevin Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma vəMemarlıq İli” elan edilməsi də mühüm çağırışların təqdimatıdır.Azərbaycan tarixi Zəfərimizdən ötən beş ildə də şəhərsalmanınmüasir təcrübəsini dünyaya təqdim edir. Ağdam, Zəngilan və Xankəndişəhərlərində keçirilən Azərbaycan Milli Şəhərsalma forumları2026-cı ildə Azərbaycanın ev sahibliyi edəcəyi Ümumdünya ŞəhərsalmaForumunun 13-cü sesiyasına gedən yolun başlanğıcı oldu.

Vüqar Rəhimzadə ümumiləşdirilmiş şəkildə vurğulayıb ki,birliyimiz, həmrəyliyimiz uğurlarımızı şərtləndirən əsasamillərdəndir:

"Birliyimiz sayəsində necə torpaqlarımızın işğaldan azadedilməsinə nail olduqsa, o cür də bu ərazilərimizi cənnətəçevirəcək, soydaşlarımızın tam şəkildə öz doğma yurd-yuvalarınaqayıdışının sevincini yaşayacağıq. Prezident İlham Əliyevin “Bizimxaricdə yaşayan böyük ailəmiz vardır, bu, azərbaycanlılardır. Onlaröz doğma Vətəninə bağlı olan adamlardır. Bizi fərqləndirən əlamətondan ibarətdir ki, harada yaşamağımızdan asılı olmayaraq, özVətənimizə bağlıyıq. Bura bizim vətənimizdir, hamımızın vətənidir.Müstəqil Azərbaycan bütün azərbaycanlıların vətənidir. Bizim birvətənimiz var - Azərbaycan! Bizim bir dilimiz var – Azərbaycandili! Bizim ümumxalq ideologiyamız var – azərbaycançılıq məfkurəsi!Mən arzu edirəm ki, dünyada yaşayan bütün azərbaycanlılar həmişəbir yerdə olsunlar. Həmişə bilsinlər ki, onların arxasında güclüAzərbaycan dövləti dayanır və onlar hər zaman Azərbaycan dövlətinəarxalana bilərlər” çağırışı dünənimizə və bugünümüzə baxış,gələcəyimizə çağırışdır".

Məqalədə:
Seçilən
65
5
az.trend.az

6Mənbələr