AZ

Qonşularla yaxşı münasibət qurmağa çalışan Pezeşkiana təzyiq göstərməklə İranın xarici diplomatiyasını zəiflədirlər

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Bu gün Məsud Pezeşkianın təzyiq altında olması və bir sıra basqıların ona qarşı artırılması, həm də onun qonşularla yaxşı münasibət qurma həddinə bir zərbə vurma siyasətidir. Məsud Pezeşkianı İsrailə casusluqda, İsraillə əməkdaşlıqda suçlayırlar. Əslində özləri belə baxanda İsrailin istədiyi maraqlar çərçivəsində hərəkət edirlər. Bu səbəbdən də təsadüfi deyil ki, bütün dünya, hətta İsrail dövləti belə bəyan edir ki, “Biz Xameneiyə bir nəfəs qədər yaxınıq”. Yəni onlar təhlükəsizlik orqanlarına, onların hərbi ideoloji qurumlarına və hətta dini rəhbərliyin strukturlarına nüfuz edə biliblər”.

Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, burada məsələlər daha çox mürəkkəbləşir və Məsud Pezeşkiana təzyiqlərin olunması həm daxili çəkişmələrdən qaynaqlanır, həm də xarici proseslərin və yaxud diplomatik münasibətlərin qarşısının alınmasında bir sıra proseslər var.

Sadiq İsabəyli

“Biz deyə bilərik ki, İranın xarici diplomatiyası dalana dirənib. Artıq çox rahat şəkildə İrana atılan, ölkənin xarici siyasəti ilə bağlı fəaliyyət göstərən xarici işlər naziri Abbas Əraqçı deyir ki, bizim Avropa ilə artıq heç bir münasibətimiz yoxdur. Amerika ilə aylardır ki, danışa bilmirik. Bir çox ölkələrdən artıq bizim hər hansı bir mövzu ətrafında diplomatik münasibətlərimizi formalaşdırmağımız və bu istiqamətdə iş aparmağımız mümkünsüz hala gəlib. Bir tək o qalıb ki, Putinin çətirin altına yığılmaları. Ona da çox ciddi şübhə ilə baxırlar və deyirlər ki, "Putin hakimiyyəti maraqlar əsasında əgər təmin olunursa, özəlliklə Ukrayna məsələsində İranı çox rahatlıqla sata biləcək bir ölkədir və bunu dəfələrlə edib".

Çin məsələsində də Çinə güvənə bilmirlər. Ərəb körfəzindəki üç adanın Ərəb Əmirliklərinə məxsusdur və İran oranı işğal edib. İndi Çin deyir ki, bu bu hüquqi yolla danışılmalıdır və adaların statusu müəyyən olunmalıdır. Bu da o deməkdir ki, bu zaman İranın ərazi bütövlüyü və suverenliyi sual altına düşmüş olur. Çin buna əgər icazə verirsə, deməli Çinə bel bağlamaq mümkün deyil”-deyən siyasi şərhçi qeyd edib ki, insanlar bilir ki, mövcud rejimin bu ideoloji dirənişi məhvinə yönəlik bir dirəniş olacaq və heç də artıq bundan qaçış yolu yoxdur, yəni bütün proseslər bunu göstərir.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
90
icma.az

1Mənbələr