AZ

“Çelsi” Rahim Sterlinqlə yolları ayırır

“Çelsi” Rahim Sterlinqlə yolları ayıra bilər. 31 yaşlı vinger mövsümün əvvəlindən əsas heyətdən kənardadır.

İdmanxeber.az “Flashscore”-a istinadən xəbər verir ki, Sterlinqlə “Kristal Pelas”, “Fulhem” və “Vest Hem” maraqlanır.

Futbolçu bu mövsüm hələ meydanda olmayıb və onun “Çelsi” ilə müqaviləsi 2027-ci ilin ortalarınadəkdir.

Qeyd edək ki, London klubu ÇL-in 4-cü turunda Bakıda “Qarabağ”la 2:2 hesablı heç-heçə edib.

Seçilən
47
idmanxeber.az

1Mənbələr