AZ

Tramp: ABŞ Türkiyəyə F-35 təyyarələrinin tədarükünü ciddi şəkildə nəzərdən keçirir

ABŞ Türkiyəyə F-35 beşinci nəsil qırıcılarının tədarükü imkanını çox ciddi şəkildə nəzərdən keçirir.

AZƏRTAC xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Binyamin Netanyahu ilə ikitərəfli görüşdən sonra keçirilən birgə mətbuat konfransında bildirib.

“Biz bu barədə çox ciddi düşünürük”, – deyə Amerika lideri Vaşinqtonun Ankaraya F-35 qırıcılarını satıb-satmayacağı ilə bağlı suala cavab verərkən qeyd edib.

Donald Tramp, həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu qırıcı təyyarələrdən İsrailə qarşı istifadə etməyəcəyinə əminliyini ifadə edib. ABŞ administrasiyasının rəhbərinin sözlərinə görə, “o, onlardan heç vaxt İsrailə qarşı istifadə etməyəcək”.

Seçilən
22
3
yeniazerbaycan.com

4Mənbələr