AZ

Röya efirdə AĞLADI: “Mən də onu saxlaya bilmədim…” - VİDEO

Xalq artisti Röya Ayxan efirdə ağlayıb.

Bizim.Media xəbər verir ki, estrada ulduzu “Afaqla 10lar” verilişində bu il vəfat edən atası Yaqub Nəcəfovdan danışıb.

Göz yaşlarını saxlaya bilməyən Röya bunları söyləyib:

“Mən də onu saxlaya bilmədim, uçdu getdi. Arada insanlara dəstək olursan, amma özününkünə heç nə edə bilmirsən. O sualı verəndə istəmədim ora toxunmaq, deyəcəkdim ki, istəyərəm, atamdan məktub gəlsin. Yaxşı ki, İsmayıl bizi sevindirdi. Onun ən böyük arzusu idi, oğul nəvəsi olsun. İndi Meteyə dünyaları bəxş edirəm. Haradasa səhv buraxmışamsa, ondan üzr istəyirəm, onu saxlaya bilmədiyim, o xəstəliklə mübarizə apara bilmədiyim üçün üzr istəyirəm”.


Sara, Bizim.Media

Seçilən
97
44
bizim.media

10Mənbələr