AZ

İstanbul sahillərində Azərbaycan bayrağı altında üzən tankerdən “həyəcan siqnalı” alınıb - YENİLƏNİB

İstanbulun Florya sahillərində “həyəcan siqnalı”nın alındığı Azərbaycan və Türkiyə bayrağı altında üzən iki tanker bir-birinə təmas edib.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi məlumat yayıb.

Nazirlik xilasetmə qruplarının əraziyə göndərildiyini açıqlayıb.

Hazırda hadisə yerində təxliyə işləri davam etdirilir.

***

13:21

İstanbulun Florya sahillərində biri Azərbaycan, digəri isə Türkiyə bayrağı altında üzən iki tankerdən “həyəcan siqnalı” alınıb.

APA-nın Türkiyə bürosu xəbər verir ki, hadisə yerinə xilasetmə qrupları cəlb edilib.

Seçilən
34
13
apa.az

10Mənbələr