Mərmərə dənizində Azərbaycan və Türkiyə bayraqları altında üzən tankerlərin həyəcan siqnalı verməsinin səbəbi bəlli olub.
KONKRET.az xəbər verir ki, Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi bununla bağlı açıqlama yayıb.
Açıqlamada bildirilib ki, “Kəlbəcər” adlı 141 metr uzunluğunda və “ALATEPE” adlı 115 metr uzunluğunda tanker Küçükçekmece Dəmir Sahəsində bir-birinə toxunub.
“Gəmlərin sahilə yaxın olmaları səbəbindən, Nəqliyyat və İnfrastruktur Nazirliyinə bağlı Sahil Təhlükəsizliyi Baş İdarəsinin xilasetmə komandası və KURTARMA-9 texnikası hadisə yerinə göndərilib”, – nazirlikdən bildirilib.
***13:54
İstanbulun Florya sahillərində biri Azərbaycan, digəri isə Türkiyə bayrağı altında üzən iki tankerdən “həyəcan siqnalı” alınıb.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi məsələ ilə bağlı açıqlama yayıb.
Açıqlamada bildirilib ki, 141 metr uzunluğunda “KALBAJAR” adlı tanker ilə 115 metr uzunluğunda “ALATEPE” adlı tankerin Küçükçekmece Dəmir Sahəsində bir-birinə toxunduğu barədə məlumat daxil olub.
Gəmilərin sahilə yaxın ərazidə yerləşməsi nəzərə alınaraq, Nəqliyyat və İnfrastruktur Nazirliyinin Sahil Təhlükəsizliyi Baş İdarəsinə tabe olan quru xilasedici heyəti və “KURTARMA-9” yedək gəmisi dərhal hadisə yerinə göndərilib.