Fanat portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Əfsanəvi braziliyalı Romario 19 yaşlı həmyerlisi Endrikin "Real Madrid" tərəfindən "Olimpik Lion"a icarəyə verilməsinə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, məşhur futbol veteranının sözlərini "Footmercato" belə çatdırıb:
"O, bizim ən böyük hücumçularımızdan biridir. Təəssüf ki, "Real"da bəxti o qədər də gətirmədi. Amma Endrik əla futbolçudur. Qol vurmağı bacaran forvarddır. Ümid edirəm ki, "Lion"da istədiyi performansı sərgiləyə biləcək. Mən onunlayam".
Qeyd edək ki, cari mövsüm "Real" forması ilə bütün turnirlərdə 3 oyuna çıxan Endrik 99 dəqiqə meydanda olub. Sözügedən oyunçunun "Kral klubu" ilə müqaviləsinin müddəti 2030-cu ilə qədər nəzərdə tutulub. Razılaşmaya əsasən "Olimpik Lion" sonradan müəyyən məbləğ ödəyərək gənc "sambaçı"nın transfer hüquqlarına yiyələnə bilər.
Nihat
Abunə Ol
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.