Diasporla İş üzrə Dövlət Komitəsi İsveçin Malmö şəhərində vəfat edən Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevin cənazəsinin Vətənə gətirilməsi məsələsini nəzarətə götürüb.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, hazırda cənazənin Azərbaycana gətirilməsi üçün sənədləşmə və digər texniki işlər görülür.
“Məsələ ilə bağlı mərhumun ailə üzvləri ilə davamlı əlaqə saxlayırıq”, - Dövlət Komitəsindən bildirilib.
Qeyd edək ki, əslən Şuşadan olan Şahin Tağıyev 1949-cu il fevralın 3-də Tərtər şəhərində doğulub. O, 2001-ci ildə Azərbaycanı tərk edərək Avropaya köçüb. Şahin Tağıyev İsveçdə qocalar evində uzun sürən xəstəlikdən sonra vəfat edib.