Bakı. Trend:
Ölkədə 2026-cı ilin məhsulu üçün payızlıq bitkilərin kütləvisəpini başa çatmaq üzrədir və cari il dekabr ayının 24-üvəziyyətinə 921,7 min hektar sahədə dən və yaşıl yem üçün payızlıqbitkilər səpilib.
TrendStatistika Komitəsinə istinadla xəbər verir ki, səpin aparılmışsahənin 98,9 faizini və yaxud 911,2 min hektarını dən üçün payızlıqbitkilər təşkil edib və onun da 444,7 min hektarı buğda, 466,4 minhektarı arpa, 0,1 min hektarı isə çovdar əkinlərinin payınadüşür.
Ən çox buğda bitkisi Cəlilabad (54,0 min ha), Füzuli (23,2 minha), Ağcabədi (18,8 min ha), İsmayıllı və Şəki (hər biri 18,7 minha), Hacıqabul (15,4 min ha), Qobustan (13,1 min ha) və Şamaxı(13,0 min ha) rayonlarında, ən çox arpa bitkisi Şəki (41,2 min ha),Kürdəmir (31,7 min ha), Neftçala (28,8 min ha), Biləsuvar (24,1 minha), Ağsu (18,9 min ha), Qobustan (17,5 min ha) və Füzuli (17,0 minha) rayonlarında səpilib.