Bakı. Trend:
SİMA yeni nəsil rəqəmsal imza vasitəsilə xidmətlərinirəqəmsallaşdıran qurumların sayı 100-ə çatıb. Rəqəmsal imzanın100-cü tərəfdaşı “Azerconnect” şirkəti olub.
2022-ci ildə istifadəyə verilmiş “SİMA İmza” bu günədək bir çoxdövlət və özəl qurumların etibar etdiyi rəqəmsal platformayaçevrilərək vergi, gömrük, ədliyyə, təhsil, səhiyyə, bank, sığorta,onlayn ticarət və s. kimi sahələrdə tətbiq edilməyə başlanılıb.
SİMA rəqəmsal imza sayəsində vətəndaşların xidmət mərkəzlərindənasılılığına son qoyulub, xidmət göstərənlərin iş yükü və xərcləriazalıb. Hazırda “SİMA İmza”dan Azərbaycan vətəndaşları,Azərbaycanda qanuni əsasla yaşayan əcnəbilər, fərdi sahibkarlar,hüquqi şəxslər və dövlət qurumları istifadə edə bilirlər. İmzanıəldə etmək üçün hər hansı fiziki daşıyıcıya və ya xidmətməntəqəsinə getməyə ehtiyac yoxdur. Sadəcə mobil tətbiqi yükləyibqeydiyyatdan keçmək kifayətdir.
Qeyd edək ki, “SİMA İmza” tətbiqinin yüklənilmə sayı 5.5milyonu ötüb. SİMA İmza ilə 1000-dən çoxelektron xidmətə əlçatanlıq təmin edilib. Yeni nəsil rəqəmsal imzahaqqında daha ətraflı məlumatı sima.az saytından və“157” Çağrı Mərkəzi vasitəsilə əldə etmək olar.