AZ

ABB-dən daha 3 hesabat!

Bakı. Trend:

ABB ölkəmizin əmək bazarı, Azərbaycanda pərakəndə ticarətsektoru, həmçinin Bakı şəhərinin daşınmaz əmlak bazarı ilə bağlıdaha 3 araşdırma-hesabatını ictimaiyyətə təqdim edib. Əmək bazarıilə bağlı Bankın 1-ci hesabatında 2024 – 2025-ci illər üzrəAzərbaycanın əmək bazarının mövcud vəziyyəti, qlobal trendlərinyerli bazara təsiri və əsas sosial iqtisadi göstəricilər təhliledilir. Burada Azərbaycanın bölgələri üzrə işçi qüvvəsi, məşğuləhali və əməkhaqqı səviyyəsi barədə maraqlı məlumatlar verilir,fəaliyyət növləri, cins, yaş, təhsil və s. qrupları üzrətəsnifatlar aparılır, Azərbaycandakı əmək bazarının digər ölkələrləmüqayisəsi verilir.

Pərakəndə ticarət sektoru ilə bağlı hesabat isə ABB-nin bumövzuda 2-ci hesabatıdır. Burada müvafiq sektorun istehlakbazarındakı payı müəyyənləşdirilir. Pərakəndə ticarət dövriyyəsi,onun növləri, pərakəndə ticarətin məhsul qrupları, istehlakqiymətləri indeksi, coğrafi təsnifat nəzərdən keçirilir, əhali üzrəanaliz aparılır, elektron pərakəndə ticarət dövriyyəsinin əsasgöstəriciləri təqdim olunur.

Bakı şəhəri üzrə daşınmaz əmlak bazarının təhlili ilə bağlıABB-nin 4-cü hesabatında isə 2025-ci ilin 3 rübündə paytaxtındaşınmaz əmlak bazarındakı əsas tendensiyalar izlənir.

Maraqlı tərəflər üçün faydalı olan bu cür araşdırma-hesabatlarınhazırlanması bir çox xarici bankların geniş istifadə etdiyitəcrübədir. Azərbaycanda bu təcrübəni ilk dəfə məhz ABB tətbiqedib. Bankın mütəmadi olaraq müxtəlif sahələr üzrə yaydığıaraşdırma hesabatlarla buradan tanış olabilərsiniz.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədəməlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internetsəhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosialşəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

Seçilən
61
8
az.trend.az

9Mənbələr