Azərbaycan ilə Uqandanın diplomatik və xidməti pasport sahibləri vizadan qarşılıqlı azad olunurlar.
AZƏRTAC xəbər verir ki, “Azərbaycan Respublikası Hökuməti ilə Uqanda Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi parlamentin bu gün keçirilən plenar iclasının gündəliyinə daxil edilib.
Azərbaycan Respublikası ilə Uqanda Respublikası Hökumətləri arasında bu barədə saziş 2025-ci il oktyabrın 15-də Kampala şəhərində imzalanıb.
Qanun layihəsi səsverməyə qoyularaq təsdiqlənib.