Bu ilin yanvar-noyabr aylarında Bakının pərakəndə ticarət dövriyyəsinin həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz artaraq 34 605,5 milyon manat olub.
Bakı Şəhər Statistika İdarəsinin məlumatına görə, ticarət şəbəkəsində satılan ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə 0,4 faiz artaraq 19 253,8 milyon manat, qeyri-ərzaq malları isə 9,5 faiz artaraq 15 351,7 milyon manat təşkil edib. Əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə cari ilin yanvar-noyabr aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 6,4 faiz, fərdi sahibkarlar, bazar və yarmarkalarda isə 2,7 faiz artıb.
İstehlak məhsullarının 36,6 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 52,2 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 11,2 faizi isə paytaxtın əmtəə bazarlarında satılıb.