AZ

“PAŞA Bank” yeni POS nağdlaşdırma funksiyasını istifadəyə verdi

Bakı. Trend:

Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” banksektorunda növbəti bir ilkə imza ataraq POS nağdlaşdırma adlı yenifunksiyanı istifadəyə verib. Bu funksiya vasitəsilə AZNvalyutasında istənilən bankın debit kartı ilə “PAŞA Bank”ın POSterminallarından nağdlaşdırma etmək mümkün olacaq.

Yeni funksiya korporativ, kiçik və orta biznes müəssisələrinəPOS-terminallar vasitəsilə müştərilərinə əlavə xidmət təqdim etməkimkanı yaradır. Bu isə sahibkarlara dövriyyələrini artırmağa,inkassasiya xərclərini azaltmağa və müştərilər üçün daha rahatödəniş təcrübəsi formalaşdırmağa şərait yaradır. Nağdlaşdırmaəməliyyatı üzrə sahibkardan heç bir komissiya tutulmur.

POS nağdlaşdırma xidməti çərçivəsində müştəri nağdlaşdırmaqistədiyi məbləği kassirə bildirir, kart POS-terminala daxil edilirvə PIN-kod təsdiqləndikdən sonra vəsait nağd formada təqdim olunur.Hazırda xidmət ölkə üzrə “Rahat” marketlər şəbəkəsində mövcuddur vəyaxın dövrdə digər satış nöqtələrində də aktivləşdirilməsi nəzərdətutulur.

Yeni funksiya haqqında daha ətraflı məlumat almaq üçünpos.pashabank.az saytına keçidedin.

Bankın korporativ, kiçik və orta biznes seqmentinə aidmüştəriləri xidmətdən istifadə etmək üçün *8123 qısa nömrəsinə vəya [email protected] elektron poçt ünvanınamüraciət edərək “PAŞA Bank” POS-terminallarında bu funksiyanıaktivləşdirə bilərlər.

Qeyd edək ki, “PAŞA Bank” 2025-ci ildə real sektorun və biznesindayanıqlı inkişafına verdiyi töhfələrə görə “InternationalInvestor” və “Euromoney” nəşrləri tərəfindən “Azərbaycanın ən yaxşıbankı” elan edilib. Bank eyni zamanda “Stevie Awards” tərəfindən“İlin şirkəti” nominasiyasında “Gold Stevie” mükafatını qazanan ilkAzərbaycan bankı olub.

Məqalədə:
Seçilən
34
4
az.trend.az

5Mənbələr