AZ

Ölkədə qaz limitini keçən abonentlərin sayı AÇIQLANDI

Bizim media portalından alınan məlumata görə, ain.az xəbər verir.

Abonentlərin 46 faizə yaxını aşağı qaz limitini aşıb.Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.Məlumata görə, 2025-ci ilin 11 ayı ərzində 1 449 467 abonent aşağı tariflə (54,4%), 970 083 abonent 22 qəpik tariflə (36,4%), 243 884 abonent isə yüksək tariflə (9,2%) təbii qazdan istifadə edib.Xatırladaq ki, əhali qrupu üçün təbii qazın tarifi illik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün bir kubmetrə görə 12,5 qəpik, 1200-2500 m3 olan hissəsi üçün bir kubmetrə görə 22 qəpik, 2500 m3-dən çox olan hissəsi üçün isə bir kubmetrə görə 30 qəpik ödəyir.Günay Şahmar, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
114
4
bizim.media

5Mənbələr