AZ

Rumıniyada "SOCAR" brendi altında 3 yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verilib

Bakı. Trend:

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramıərəfəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR)Rumıniyada „SOCAR” brendi altında 3 yeni yanacaqdoldurmaməntəqəsini (YDM) istifadəyə verib.

Trend xəbərverir ki, bu barədə SOCAR məlumat yayıb.

Bildirilib ki, SOCAR-ın Rumıniyadakı törəmə müəssisəsi olanSOCAR Petroleum SA bu ölkənin Salaj, Suceava və Satu-Mareregionlarında açdığı məntəqələrlə YDM şəbəkəsini 91-ə çatdırıb.

SOCAR Petroleum SA-nın Baş direktoru Ramin Əliyev bildirib ki,SOCAR Rumıniyada investisiya layihələrini uğurla həyata keçirərəkbu ölkədə YDM şəbəkəsini genişləndirməkdə davam edir:

“2025-ci il SOCAR üçün biznes baxımından uğurlu il oldu. BizRumıniyada YDM şəbəkəmizi genişləndirdik. Cari ildə 9 yeni YDMaçmağı planlaşdırırdıq, amma ili 14 məntəqə ilə başa vururuq.2026-cı il üçün də 100 YDM həddini aşmaq kimi iddialı planımız var.Məqsədimiz SOCAR-ın Rumıniya yanacaq bazarındakı mövqeyini daha dagücləndirməkdir".

Hər bir „SOCAR” brendli yanacaqdoldurma məntəqəsində olduğu kimibu məntəqələrdə də müştərilərə benzin (Nano 95, Nano 98) və dizelyanacaqları (Nano Dizel, Nano Super Dizel), həmçinin məntəqəninərazisindəki "Nar" kafedə yerli və Azərbaycandan gətirilənməhsulların satışı həyata keçirilməkdədir. AzərbaycanRespublikasının Prezidenti İlham Əliyevin "Made in Azerbaijan"brendinin təbliği istiqamətindəki siyasətinə uyğun olaraqməntəqələrdə Azərbaycan guşəsi yaradılmışdır. SOCAR-ın ölkə üzrəbütün məntəqələrində quraşdırılan monitorlarda mütəmadi olaraqAzərbaycanın təbliği istiqamətində video-çarxlar da nümayişolunur.

Qeyd edək ki, SOCAR-ın Suceava regionunda 10, Salaj regionunda3, Satu-Mare regionunda isə 2 yanacaqdoldurma məntəqələri fəaliyyətgöstərir. Hazırda SOCAR Rumıniyanın 41 regionunun 30-da "SOCAR"brendli 91 YDM-ə malikdir.

Xatırladaq ki, SOCAR Rumıniyadakı fəaliyyətini 2011-ci ildəyaradılmış “SOCAR Petroleum SA” şirkəti vasitəsi ilə həyatakeçirir. Şirkət 2024-cü ildə 3,6 milyard lei (təqribən 707 milyonavro) dövriyyəyə malik olmuşdur ki, bu da əvvəlki illə müqayisədə33% çoxdur. Hal-hazırda Şirkətin ölkə üzrə 3 yanacaqsaxlama deposumövcuddur. İndiyədək SOCAR Rumıniya iqtisadiyyatına 400 milyon lei(təqribən 78,4 milyon avro) həcmində investisiya yatırıb.

Rumıniyada
Rumıniyada
Rumıniyada
Rumıniyada
Seçilən
112
9
az.trend.az

9Mənbələr