AZ

Sırski: Rusiya dronlarını modernləşdirir, taktikasını dəyişir

"Rusiya dronları modernləşdirir və taktikasını dəyişir. Ukrayna Silahlı Qüvvələri anti-dronların inkişafını gücləndirməlidir".

Modern.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski bildirib. O qeyd edib ki, Rusiya pis hava şəraitindən fəal şəkildə istifadə edir, hücum dronlarını modernləşdirir və taktikaları dəyişdirir, xüsusən də çox aşağı hündürlüklərdə hücum edir. Sırskiyə görə görə, bu şəraitdə Ukrayna ordusunun əsas vəzifəsi dronların qarşısını almaq üçün vasitələrin sayını artırmaqdır.

"Bu mərhələdə əsas vəzifəmiz PUA məhv edən silahların rolunu gücləndirmək, müvafiq dronların, yerüstü stansiyaların və radarların sayını artırmaq və ekipaj təliminin həcmini və keyfiyyətini artırmaqdır. Tutma xətləri böyük şəhərlərdən müəyyən məsafədə laylı sistem çərçivəsində qurulur", - deyə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı qeyd edib.

O, həmçinin bildirib ki, Ukrayna Silahlı Qüvvələri pilotsuz hava hücumundan müdafiə sistemlərinin ayrıca batalyonlarını yaratmağa davam edir və təlim mərkəzlərində müntəzəm tutucu anti-dron bölmələri yaradır.

Seçilən
36
1
modern.az

10Mənbələr