2025-ci ilin 9 ayı ərzində respublika ərazisində 17301 təbii və texnogen mənşəli hadisə qeydə alınıb.
Teleqraf xəbər verir ki, bu da 2024-cü ilin 9 ayı ilə müqayisədə 5118 hadisə və ya 12% çoxdur. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 45 nəfər həlak olmuş, 182 nəfər xəsarət almışdır. Nazirliyin xilasediciləri tərəfindən 33 nəfər xilas edilmiş, 689 nəfər təxliyə olunmuşdur.