AZ

Yuventus və Barselona nın sabiq yarımmüdafiəçisi karyerasını bitirib

sport24.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Yuventus" (İtaliya) və "Barselona"nın (İspaniya) sabiq yarımmüdafiəçisi Miralem Pyaniç karyerasını bitirib. Sport24.az xəbər verir ki, futbolçu artıq oynamayacağını bildirib.

O, hazırda Dubayda yaşadığını, karyerasını başa vurduğunu və övladının tərbiyəsi ilə məşğul olacağını söyləyib.

Qeyd edək ki, 35 yaşlı futbolçu karyerası ərzində "Mets", "Lion" (hər ikisi Fransa), "Roma", "Yuventus" (hər ikisi İtaliya), "Barselona" (İspaniya), "Beşiktaş" (Türkiyə) və "Şarjah"ın (BƏƏ) şərəfini qoruyub. M.Pyaniç 2008-2024-cü illər ərzində Bosniya və Herseqovina millisinin heyətində meydana çıxdığı 115 oyunda 18 qolla yadda qalıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
23
2
sport24.az

4Mənbələr