AZ

Azərbaycanda Enerji Effektivliyi İnformasiya Sistemi yaradılacaq

Bakı. Trend:

Azərbaycanda Enerji Effektivliyi İnformasiya Sistemiyaradılacaq.

Trend xəbər verir ki, bu,Prezident İlham Əliyevin təsdiqlədiyi “Enerji resurslarındansəmərəli istifadə və enerji effektivliyi haqqında” Qanunda ediləndəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyənetdiyi orqanın (qurumun) enerji effektivliyi informasiya sistemivasitəsilə enerji resurslarından səmərəli istifadə və enerjieffektivliyi sahəsində dövlət nəzarəti, enerji auditorlarının vəenerji auditi üzrə təşkilatların reyestrinin aparılması və onlarınfəaliyyətinə nəzarət, informasiya təminatı və maarifləndirmə,effektivlik potensialının qiymətləndirilməsi, binaların enerjieffektivliyi üzrə pasportlaşdırılmasının təşkili, habelə məcburienerji auditi keçirilməli olan təsərrüfat subyektlərinin vəqeyri-yaşayış binalarının siyahısının, enerji effektivliyi üzrəxidmətlərin icraçılarının siyahısının və enerji effektivliyi üzrəxidmətlərin mövcud vəziyyətinə və inkişafına dair hesabatınyerləşdirilməsi təmin edilir.

Dövlət başçısı müvafiq Qanunun icrası ilə bağlı Fərman imzalayıb.

Seçilən
100
17
az.trend.az

10Mənbələr