AZ

İran Prezidenti Pezeşkian: İstənilən hücuma sərt cavab verəcəyik

İran prezidenti Məsud Pezaşkian ABŞ və İsrail liderlərinin İrana qarşı daha bir hücum ehtimalı ilə bağlı açıqlamalarına reaksiya verib.

Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, Pezeşkian ABŞ-da yerləşən X sosial media hesabı vasitəsilə məsələ ilə bağlı yazılı açıqlama verib.

"İran İslam Respublikasının hər hansı bir qəddar hücuma cavabı sərt və peşmanlıq doğuracaq", - İran prezidenti deyib. 

İsrailin Baş naziri Binyamin Netanyahu dünən Vaşinqtona səfəri zamanı ABŞ Prezidenti Donald Trampla görüşüb.

İsrailin İrana hücum ehtimalı ilə bağlı suala cavab olaraq Prezident Tramp belə bir duruma açıq olduğunu bildirib.

"Onlar (İran) hərəkətlərinin nəticələrini bilirlər. Nəticələrin çox ağır, bəlkə də keçən dəfəkindən daha ağır olacağını bilirsiniz. İran keçən dəfə onlara seçimlər verəndə bizimlə razılaşmalı idi", - Tramp deyib.

Dünən yayılan açıqlamada Tramp: "Tehran nüvə proqramını bərpa etməyə cəhd edərsə, ABŞ İrana zərbə endirməyə hazırdır", - demişdi.

"Eşidirəm ki, İran yenidən nüvə arsenalını qurmağa çalışır və əgər belədirsə, biz onları dayandırmalı olacağıq. Biz onları dayandıracağıq. Biz onları məğlub edəcəyik. Amma ümid edirəm ki, bu baş verməyəcək", - deyə Tramp bildirib.

Tramp həmçinin məsələnin diplomatik həll yoluna üstünlük verəcəyini də qeyd edib.

QAZİLER.AZ

Seçilən
49
45
qaziler.az

10Mənbələr