AZ

6,3 milyard manatlıq defisiti olan Azərbaycan Dəmir Yolları 331 investordan 30 milyon dollar borc aldı

Marja.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

23 dekabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "AZƏRBAYCAN DƏMİR YOLLARI" QSC-nin 30 milyon dollarlıq istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdi.

Marja.az xəbər verir ki, qeyd olunan qiymətli kağızların abunə yazılışı 23.12.2025-ci il tarixində başlayıb, 29.12.2025-ci il tarixində bitmişdir.

AZ2001009268 İSİN kodlu istiqrazların yerləşdirilməsi 30 dekabr 2025-ci il tarixində həyata keçirilmişdir. İstiqrazlara 331 investor, 380 sifariş təqdim etmişdir. İstiqraz buraxılışı tam məbləğdə yerləşdirilmişdir. 

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n  3.19  bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.

İş elanları AzVak.az-da

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı:  "AZƏRBAYCAN DƏMİR YOLLARI" QSC

Dövlət qeydiyyat nömrəsi – İSİN:  AZ2001009268

İstiqraqzların növü və forması:  Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar

Ticarət üsulu/forması:  Kütləvi/ Abunə yazılışı

İstiqrazların sayı:  300 000 ədəd

İlkin ticarət qiyməti:  100 ABŞ Dolları

Buraxılış həcmi:  30 000 000 ABŞ Dolları

İllik gəlirlilik faizi:  7%

Ödəmə periodu:  Buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir

Tədavül müddəti:  5 il

Reallaşdırılmış həcm:  30 000 000 ABŞ Dolları

Sifarişlərin ümumi həcmi (nominal qiymətlə):  30 000 000 ABŞ Dolları

Hərrac qiyməti:  100 ABŞ Dolları

İnvestor sayı:  331

Sifariş sayı:  380

Anderrayter:   “ABB-İnvest İnvestisiya Şirkəti” QSC

Həmçinin oxu

"Azərbaycan Dəmir Yolları"da 6 milyard 263 milyon manatlıq defisit - ÖTƏN İL ZƏRƏRİ 18 DƏFƏ ARTIB

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
50
1
marja.az

2Mənbələr