AZ

Monterrey in futbolçusu Okamposun üzünün sol hissəsi iflic olub

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Meksika futbol klubu "Monterrey"in argentinalı yarımmüdafiəçisi Lukas Okampos üzünün sol hissəsinin iflici səbəbindən minimum bir həftə oyunları buraxacaq.

Oxu.Az-ın məlumatına görə, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, ehtimal ki, iflic virus fəsadları səbəbindən yaranıb. Futbolçuya yeddigünlük istirahət veriləcək, daha sonra o, klinik müayinədən keçəcək.

Bunun nəticələrinə əsasən, Okamposun məşqlərə qayıtmaq üçün hazırlıq dərəcəsi müəyyənləşdiriləcək.

Qeyd edək ki, 31 yaşlı futbolçu 2024-cü ildən "Monterrey"də çıxış edir. Daha əvvəl o, "Monako", "Marsel", "Cenoa" və "Milan" və "Sevilya" klublarının futbolçusu olub və "Sevilya" ilə iki dəfə Avropa Liqasının qalibi olub.

Bu mövsüm o, "Monterrey"in heyətində 21 oyun keçirib, 5 qol vurub və 6 məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
27
oxu.az

1Mənbələr