AZ

Qarabağda 7 min 800 nəfərdən çox sakinin məşğulluğu təmin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad edilmiş ərazilərə köçürülmüş sakinlərin məşğulluq tədbirləri ilə əhatə olunması işlərini davam etdirir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, “Böyük Qayıdış” Proqramı çərçivəsində doğma yurdlarına köçürülmüş sakinlərdən artıq 7 min 817 şəxsin məşğulluğu təmin olunub.

Onlardan 700-ə yaxın şəxs üçün özünüməşğulluq proqramı üzrə kiçik ailə təsərrüfatları yaradılıb.

Habelə 352 nəfər müxtəlif sahələr üzrə peşə hazırlığı kurslarına cəlb edilib.

Kursları uğurla başa vuranların işlə təminatına dəstək göstərilir.

Seçilən
90
5
azerbaijan-news.az

10Mənbələr