AZ

Driblinq üzrə lider – “Böyük beşliy”də

“Barselona”nın yarımmüdafiəçisi Lamin Yamal Avropanın beş aparıcı liqasında driblinq göstəricilərinə görə hamını qabaqlayır.

Msport.az xəbər verir ki, 18 yaşlı futbolçu 524 cəhddən 285-ni uğurla tamamlayıb.

Bütün turnirlər nəzərə alınmaqla heç bir digər oyunçu Yamal qədər driblinq etməyib. 2025/2026 mövsümündə Lamin Yamal bütün yarışlarda 20 oyunda iştirak edib. Onun aktivində 9 qol və 11 məhsuldar ötürmə var. Transfermarkt portalının məlumatına görə futbolçunun bazar dəyəri 200 milyon avro təşkil edir.

2025-ci ilin iyul ayında Yamal “Barselona” ilə yeni müqavilə imzalayıb. Altı illik müqavilə 2031-ci ilin yayına qədər qüvvədə olacaq. Futbolçunun müqaviləsində nəzərdə tutulan sərbəstqalma məbləği 1 milyard avrodur.

Seçilən
63
2
msport.az

3Mənbələr