AZ

2025-ci il Azərbaycan idmanı üçün mühüm nailiyyətlərlə yadda qaldı - Afət Həsənova

Bakı. Trend:

2025-ci il Azərbaycan idmanı üçün mühüm nailiyyətlərlə yaddaqaldı. İdmançılarımızın beynəlxalq arenalarda göstərdiyi nəticələrbir daha sübut etdi ki, ölkəmizdə idman sahəsi təsadüfi deyil,ardıcıl və sistemli dövlət siyasətinin nəticəsi olaraq inkişafedir.

Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı AfətHəsənova deyib.

Deputat bildirib ki, qazanılan minlərlə medal, yüzlərlə qızılmükafat Azərbaycanın artıq idman ölkəsi kimi mövqeyinimöhkəmləndirdiyini açıq şəkildə nümayiş etdirir:

“Bu uğurların arxasında güclü siyasi iradə və uzunmüddətlistrategiya dayanır. Azərbaycanda idmanın inkişafı dövlətsiyasətinin prioritet istiqamətlərindən biridir. Son illər ərzindəölkə üzrə idman infrastrukturu faktiki olaraq yenidən qurulub.Paytaxtla yanaşı, regionlarda müasir idman obyektlərininyaradılması gənclərin idmana cəlb olunmasını xeyli asanlaşdırıb.Gəncə və Yevlaxda Olimpiya İdman komplekslərinin istifadəyəverilməsi ilə bölgələrdə bu tip obyektlərin sayı onlarla ölçülürki, bu da regionların sosial inkişafına da ciddi töhfə verir”.

Deputat qeyd edib ki, idman yalnız fiziki fəaliyyət deyil,sağlam cəmiyyətin təməlidir. Sağlam və güclü gənclik isə ölkəninsabahı deməkdir:

“Uşaqlıqdan idmana marağın formalaşdırılması, gənclərin sağlamhəyat tərzinə təşviqi gələcək uğurların əsasını qoyur. Bu gün əldəedilən idman nailiyyətləri məhz vaxtında atılmış düzgün addımlarınnəticəsidir.

Eyni zamanda, idman gənclərin vətənpərvərlik ruhundayetişdirilməsində mühüm vasitədir. Güclü fiziki hazırlıqla yanaşı,mənəvi dəyərlərə bağlılıq, milli kimlik və Vətən sevgisi bir-birinitamamlamalıdır. Azərbaycan gəncliyi bu gün beynəlxalq arenalardaartıq qalib xalqın nümayəndəsi kimi çıxış edir. Dövlət Bayrağımızınidman meydanlarında yüksəldilməsi hər bir vətəndaş üçün qürurmənbəyidir və bu məsuliyyət idmançıların üzərinə əlavə mənəvi yükqoyur.

2025-ci ildə ölkəmizin ev sahibliyi etdiyi iri beynəlxalqyarışlar Azərbaycanın artan imkanlarını dünyaya nümayiş etdirdi.Xüsusilə MDB ölkələrinin üçüncü Oyunlarının bir neçə şəhərdəkeçirilməsi ölkəmizin təşkilati və infrastruktur potensialını açıqşəkildə ortaya qoydu. Bu yarışlar təkcə idman hadisəsi deyil, eynizamanda regionlarımızın tanıdılması baxımından da əhəmiyyətlioldu.

Bakıda ilk dəfə keçirilən UFC turniri isə Azərbaycanın artıqqlobal idman xəritəsində yeni mərhələyə keçdiyini göstərdi.Dünyanın ən populyar idman brendlərindən birinin ölkəmizi seçməsitəsadüfi deyil. Bu cür yarışlar həm beynəlxalq medianın diqqətiniAzərbaycana yönəldir, həm də ölkəmizin müasir, təhlükəsiz vəinkişaf etmiş məkan olduğunu təsdiqləyir.

Formula 1 yarışları artıq Azərbaycan üçün təkcə idman tədbirideyil, həm də uğurlu turizm və təqdimat layihəsidir. Yarışlarınölkəyə gətirdiyi turist axını, dünya auditoriyasına göstərilən Bakımənzərəsi ölkə imicinin formalaşmasında mühüm rol oynayır. Tamsatılan biletlər və yüz milyonlarla izləyici Azərbaycanın bu sahədədoğru seçim etdiyini göstərir”.

Deputat əlavə edib ki, qış idman növləri üzrə də Azərbaycan yenimərhələyə qədəm qoyur:

“Qusarda, Şahdağda keçiriləcək Dünya Kuboku ölkəmizin artıq busahədə də iddialı olduğunu sübut edir. Yaradılan infrastrukturyalnız idmana deyil, bütövlükdə regionun iqtisadi canlanmasına,minlərlə yeni iş yerinin açılmasına xidmət edir.

Bütün bu uğurların məntiqi nəticəsi olaraq Bakı şəhərinin“Dünyanın İdman Paytaxtı” seçilməsi Azərbaycanın idman sahəsindəgördüyü işlərə beynəlxalq qiymətin göstəricisidir. Bu status həmböyük şərəf, həm də böyük məsuliyyətdir.

Əlbəttə, bu uğurların mərkəzində idmançılarımız dayanır. Onlarınəməyi, zəhməti və əzmkarlığı dövlət tərəfindən daim yüksəkqiymətləndirilməlidir. Bu sahədə formalaşmış mükafatlandırmaənənəsi Azərbaycan idmanının davamlı inkişafına stimul verir.

Bu gün əminliklə demək olar ki, Azərbaycan idmanı yalnıznəticələrlə deyil, dəyərlərlə, strategiya ilə və gələcəyəhesablanmış baxışla inkişaf edir. Bu yol isə ölkəmizin beynəlxalqnüfuzunu daha da gücləndirəcək”.

Məqalədə:
Seçilən
64
2
az.trend.az

3Mənbələr