Xalq artisti Röya Ayxan Avroviziya qalibimiz Nigar Camalla "Altın Kelebek"də yaşadığı qalmaqaldan danışıb.
Ölkə.az Milli.Az-a istinadla xəbər verir ki, estrada ulduzu bu barədə "Pərvizə görə"də açıqlama verib.
"Nigarı öpürəm. "Bu" sözünü sevmirəm, evdə də kiməsə elə müraciət edəndə üzr istəyirəm. İnanmıram ki, o qız elə söz demişdi. Artıq inanmıram. Bu davanı da yalandan etmişdilər. O qız mənə elə sözlər deməyib. Hər şey zamanla öz yerinə oturur. İndi heç kimdən küsə bilmərəm", - deyə, sənətçi bildirib.