AZ

Çin hərbi təlimlərdə Tayvanın əsas limanlarını ələ keçirməyi təcrübədən keçirib

Çin Xalq Azadlıq Ordusu Tayvan yaxınlığındakı təlimlər zamanı adanın əsas limanlarını ələ keçirib.

HİT.az xəbər verir ki, "Sinxua" agentliyi bu barəıdə Çin Xalq Azadlıq Ordusunun Şərq Zonası Döyüş Komandanlığının mətbuat xidmətinə istinadən yazıb.

Təlimlərdə dronlar, amfibiya hücum gəmiləri, esminetslər və freqatlar iştirak edib. Təlimlərdə qoşunların hərəkəti, dəqiq zərbələr, elit qoşunların iştirak etdiyi təxribat əməliyyatları və limanların ələ keçirilməsi diqqət mərkəzində olub. Agentlik həmçinin Çin ordusu quru qüvvələrinin, Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri və Raket Qüvvələrinin bölmələri ilə birlikdə Tayvanın cənub və şimalındakı sularda dəniz hədəflərinə qarşı uzun mənzilli canlı atəş təlimləri keçirdiyini bildirib.

29 dekabrda Çin Xalq Azadlıq Ordusunun hava, dəniz və raket qüvvələrinin "Ədalət Missiyası 2025" təlimləri üçün Tayvan boğazına yerləşdirildiyini elan edib. "Reuters"in məlumatına görə, Pekinin məqsədi münaqişə baş verərsə, adanı xarici dəstəkdən ayırmaq qabiliyyətini nümayiş etdirməkdir. Çinin təlimləri səbəbindən Tayvan aviaşirkətləri Kinmen adasına və Matsu adalarına uçuşları tamamilə ləğv edib.

Samir

Seçilən
13
24
hit.az

10Mənbələr