AZ

Həkim xəbərdarlıq etdi: Yeni il süfrəsi zəhərlənməyə yol açır

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Yeni il bayramı günlərində zəhərlənmə hallarının artması daha çox qida təhlükəsizliyi qaydalarına düzgün əməl edilməməsi ilə bağlıdır. Bayram süfrələrində müxtəlif və çoxsaylı yeməklərin hazırlanması onların uzun müddət otaq temperaturunda qalmasına səbəb olur”.Bu sözləri terapevt-həkim Kəmalə Orucova Demokrat.az-a açıqlamasında bildirib.O deyib ki, xüsusilə mayonezli salatlar, ət və balıq məhsulları tez xarab olan qidalar sırasındadır:“Bu tip qidalar uyğun şəraitdə saxlanmadıqda bakteriyaların sürətlə çoxalması baş verir. Digər risk amili bayram öncəsi tələsik şəkildə alınan və son istifadə tarixi yoxlanılmayan məhsullardır. Həmçinin ev şəraitində hazırlanan konservləşmiş qidalar düzgün texnologiya olmadan hazırlandıqda zəhərlənmə riski yaradır. Alkoqollu içkilərin həddindən artıq qəbulu mədə-bağırsaq sistemini zəiflədir və zəhərlənmə əlamətlərini daha da ağırlaşdıra bilər. Zəhərlənmə zamanı ürəkbulanma, qusma, ishal, qarın ağrısı və hərarət yüksəlməsi müşahidə olunur. Bu əlamətlər yarandıqda vaxt itirmədən həkimə müraciət etmək vacibdir. Özbaşına antibiotik və ya digər dərmanların qəbulu vəziyyəti daha da pisləşdirə bilər. Bayram süfrəsində təzə, düzgün saxlanılmış və yaxşı bişirilmiş qidalara üstünlük verilməlidir. Qidalar soyuducuda müvafiq temperaturda saxlanmalı və təkrar-təkrar qızdırılmamalıdır. Sadə gigiyena və qida təhlükəsizliyi qaydalarına əməl etmək yeni il günlərində zəhərlənmə riskini əhəmiyyətli dərəcədə azaldır”.Leyla Turan 

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
148
17
demokrat.az

10Mənbələr