Bakı. Trend:
Cənubi Koreyada gücü 1400 MVt olan atom enerji blokununistismara verilməsinə icazə verilib.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
Cənubi Koreyanın Nüvə Təhlükəsizliyi və Mühafizəsi üzrəKomissiyasının məlumatına görə, Ulsan şəhərində yerləşən “Saul”(Saul/Sauel) AES-in 3 nömrəli enerji blokunda altı ay müddətindəsınaq istismarına başlayacaq. Bundan sonra reaktorun 2026-cı ildəkommersiya istismarına verilməsi planlaşdırılır.
Cənubi Koreyada 26 nüvə reaktoru fəaliyyət göstərir, daha üçreaktor isə tikinti mərhələsindədir. 2024-cü ildə ölkədə elektrikenerjisi istehsalının 31,7 faizi atom energetikasının payınadüşüb.