AZ

Trent İngiltərəyə qayıda bilər

Sportal.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Real"da ümidləri doğrultmayan Trent Aleksandr-Arnold İngiltərə Premyer Liqasına qayıda bilər.

Sportal.az xəbər verir ki, ingiltərəli futbolçu ölkəsinin 3 klubunun transfer siyahısında yer alıb. Bu barədə "Defensa Central" məlumat yayıb.

“Mançester Siti”, “Mançester Yunayted” və “Nyukasl” Aleksandr-Arnoldla maraqlanır. Bu klubların hər biri 27 yaşlı sağcinah müdafiəçisi üçün təxminən 40 milyon avro təklif etməyə hazırdır.

Qeyd edək ki, "Real" Trent Aleksandr-Arnoldu mövsümün əvvəlində "Liverpul"dan 10 milyon avroya transfer edib. İngiltərə millisinin üzvü Madrid təmsilçisinin heyətində meydana çıxdığı 16 rəsmi matçda 3 qol ötürməsi edib.

saytlarin hazirlanmasi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
29
1
sportal.az

4Mənbələr