ain.az, Fanat portalına istinadən məlumatı açıqlayır.
İtaliya nəhəngi "Napoli" "Real Madrid"in gənc və istedadlı yarımmüdafiəçisi Franko Mastantuononu icarəyə götürmək üçün rəsmi müraciət edib.
Fanat.Az xəbər verir ki, İtaliya təmsilçisinin bu cəhdi Madrid klubunun sərt rədd cavabı ilə nəticələnib.
Cəmi 18 yaşı olmasına baxmayaraq, 45 milyon avro dəyərində olan futbolçu artıq "Kral Klubu"nun əsas heyət planlarında yer almağa başlayıb. İspaniya nəhəngi gənc ulduzun inkişafını öz daxilində davam etdirməkdə israrlıdır və onun heç bir kluba icarəyə verilməyəcəyini qəti şəkildə bildirib.
Bu rədd cavabı İtaliya klubunun transfer planlarını yenidən gözdən keçirməsinə səbəb olub.
Kamil Xudiyev
Abunə Ol
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.