AZ

Vuçiç: Serbiya heç kimin 1999-cu ildəki NATO təcavüzünü təkrarlamasına imkan verməyəcək



Serbiya tarixinin ən güclü ordusuna malikdir və heç kimin 1999-cu ildəki NATO təcavüzünü təkrarlamasına imkan verməyəcək.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

"1999-cu ilin bir daha təkrarlanmamasını təmin etmək üçün təcrübəli mütəxəssislərimiz var. Serbiyaya hücum etməyi düşünən hər kəs bu barədə iki dəfə düşünməlidir. Ordumuz indi əvvəlkindən daha güclüdür", - deyə Serbiya lideri vurğulayıb.

Vuçiç həmçinin qeyd edib ki, Belqrad bu yaxınlarda Serbiya ordusu üçün milyard dollarlıq müqavilələr imzalayıb. O, ölkənin hava məkanını qorumaq üçün lazım olan hər şeyi əldə etdiyini və növbəti üç il ərzində özünün çoxqatlı hava hücumundan müdafiə sistemini quracağını açıqlayıb. Prezident bildirib ki, Hava hücumundan müdafiə baxımından Serbiya Avropanın ən yaxşı təchiz olunmuş ölkələrindən birinə çevriləcək.

Qeyd edək ki, NATO-nun Yuqoslaviya Federativ Respublikasına qarşı təcavüzü 24 mart 1999-cu ildə başladı və 78 gün davam etdi. Alyans rəhbərliyi Müttəfiq Qüvvələr Əməliyyatının əsas səbəbi kimi Kosovoda alban əhalisinə qarşı soyqırımın qarşısının alınmasını göstərdi.

Cavid
Seçilən
25
1
newscenter.az

2Mənbələr