AZ

Arsenal çempionluq yolunda itki ilə üzləşdi

ain.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Arsenal" çempionluq yolunda itki ilə üzləşdi

"Arsenal" İngiltərə Premyer Liqasında çempionluq yolunda həlledici oyunlardan biri sayılan "Aston Villa" ilə matçdan öncə ciddi itki ilə üzləşib.

QOL.az xəbər verir ki, "The Athletic"in məlumatına görə, London klubunun yarımmüdafiəçisi Deklan Rays zədə səbəbindən sözügedən qarşılaşmanı buraxacaq. İngiltərə millisinin üzvü “Brayton”a qarşı (2:1) qarşılaşmada dizindən zədə almasına baxmayaraq, matçı sona qədər oynayıb.

Futbolçu bu matçda da oynamağa ümid etsə də, baş məşqçi Mikel Arteta zədənin ağırlaşması riskini nəzərə alaraq onu heyətə daxil etməmək qərarına gəlib.

Qeyd edək ki, Unai Emerinin rəhbərlik etdiyi "Aston Villa" qarşılaşmaya 11 oyunluq qələbə seriyası ilə çıxacaq. Əgər klub qalib gələrsə, xallarını 42-yə çatdıraraq turnir cədvəlində "Arsenal"a çatacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
87
2
qol.az

2Mənbələr