AZ

"Barselona" Niko Uilyamsın transferindən tam imtina etdi

İspaniyanın məşhur "El Nacional" nəşrinin yaydığı məlumata görə, “Barselona” “Atletik Bilbao”nun cinah hücumçusu Niko Uilyamsın transferindən tam şəkildə imtina edib.

Fanat.Az xəbər verir ki, Kataloniya klubu ötən yay futbolçu tərəfindən açıq şəkildə rədd edilsə də, sonradan Uilyamsın “Barselona”ya keçməyə maraqlı olduğu bildirilib.

Lakin klub rəhbərliyi bu dəfə mövqeyini dəyişməyib və gələcəkdə də Niko Uilyams üçün hər hansı danışıqlar aparılmayacağını qərara alıb. Bildirilir ki, bu qərara futbolçunun mövsüm ərzində gözləntiləri doğrultmaması və tez-tez zədələrlə üzləşməsi səbəb olub.

Qeyd edək ki, 23 yaşlı futbolçu cari mövsümdə cəmi 3 qol vurub.

Kamil Xudiyev

Seçilən
101
10
fanat.az

6Mənbələr