AZ

Vladimir Putin harada gizlənir: Dmitri Peskov açıqladı

Hazırkı şəraitdə və Rusiya Prezidenti Vladimir Putinin iqamətgahına hücumdan sonra onun harada olması məsələsi ictimaiyyət qarşısında müzakirə edilə bilməz.

Bu barədə ölkə liderinin mətbuat katibi Dmitri Peskov bildirib. Peskov bildirib ki, hazırda prezidentin harada olması ilə bağlı müzakirələr qadağandır. Kreml sözçüsü vurğulayıb ki, “Prezidentin harada olması ilə bağlı hazırkı şəraitdə bu mövzu heç bir ictimai müzakirə mövzusu deyil”.

Əvvəlki media xəbərlərində Kiyev rejiminin Rusiya lideri Vladimir Putinin iqamətgahlarından birinə pilotsuz təyyarə hücumunun ABŞ Prezidenti Donald Trampda şiddətli qəzəbə səbəb olduğu bildirilirdi.

//Samir Qurbanov, Editor.az

Seçilən
35
editor.az

1Mənbələr