AZ

63 yaşlı qadını maşın vurub öldürdü

Ucar rayonunda ölümlə nəticələnən qəza baş verib.

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Bakı–Qazax magistral yolunun rayonun Qaracallı kəndindən keçən hissəsində qeydə alınıb.
 

Belə ki, Göyçay rayon sakini, 1993-cü il təvəllüdlü Araz Ayaz oğlu Məmmədov idarə etdiyi “Chevrolet Cruze” markalı minik avtomobili ilə yolu keçmək istəyən piyada, Ucar rayon sakini, 1962-ci il təvəllüdlü Zili Baba qızı Verdiyevanı vurub.


Qadın hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

Seçilən
111
5
bizim.media

5Mənbələr