
MDB Dövlət Başçıları Şurasının iclası gələn il oktyabrın 9-da Türkmənistanda keçiriləcək.
Missiya.Az "Report"a istinadən xəbər verir ki, Türkmənistanın "Vatan" televiziyasının məlumatına görə, iclasın vaxtı Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Federasiya Şurasının sədri Valentina Matviyenko ilə telefon danışığı zamanı məlum olub.
Berdiməhəmmədov qeyd edib ki, sammit Türkmənbaşıdakı Avaza Milli Turizm Zonasında keçiriləcək.