AZ

"Ay qız, abrın olsun, küçə adamı kimi danışma"

Xalq artisti Faiq Ağayev geyimini tənqid edən izləyiciyə sərt cavab verib. 

Milli.Az xəbər verir ki, "Hərşeyşünas" verilişində qonaq olan müğənni bəzəkli pencəyini tənqid edən izləyicidən danışıb. O bildirib ki, müğənnilərin səhnə geyimi müqayisə edilməməlidir:

"Göyçayda gözəl konsertdə çıxış etmişəm. Qayıtmışam, bir yiyəsiz qız yazıb: o nə qeyri-ciddi pencəkdir geyinmişdin? Ona cavab verərlər? Qız elə söz yazar? Elə qızı boğarlar. Ay qız, abrın, ismətin olsun, küçə adamı kimi danışma. İncəsənət xadiminə "ciddi, qeyri-ciddi" iradı ilə yanaşarlar? Məmurla,siyasətçi ilə müğənni arasında fərq yoxdur? Həkimin ağ geyimini, kosmonavtın geyimini qəbul edirlər, müğənninin qaşlı pencəyini yox. Bu cür adamlar oksigen sərfidir".  (Axşam.az)

Milli.Az
 

Seçilən
55
2
milli.az

3Mənbələr