AZ

“Uzak Şehir” ekranlarda olmayacaq - Səbəb izləyiciləri üzdü

Bu il ən çox izlənilən televiziya serialı “Uzak Şehir”in yeni bölümü ilə yayımlanmayacaq. Qərar baş rol aktyoru Ozan Akbabanın həyat yoldaşı Buket Arıkanın sağlamlıq problemləri səbəbindən serial çəkilişlərinə qatılmaması ilə əlaqədardır.

“Yeni Sabah” xəbər verir ki, prodakşn şirkəti bildirib ki, serialda Cihan Albora obrazını canlandıran Ozan Akbabanın həyat yoldaşının sağlamlıq problemləri səbəbindən çəkilişlər tam şəkildə həyata keçirilə bilməyib. Bu səbəbdən yeni bölüm bir həftə gecikmə ilə yayımlanacaq.

Baş rolları Ozan Akbaba və Sinem Ünsal paylaşan, çəkilişləri Mardində davam edən serialın bölümünün təxirə salınması izləyicilər arasında kədər yaradıb. Sosial mediada tamaşaçılar yeni bölümün yayımlanmamasına üzüldüklərini bildirərək Ozan Akbabanın həyat yoldaşı üçün xoş dualarını çatdırıblar.

Qeyd edək ki, Buket Arıkan yaxın günlərdə ürək əməliyyatı keçirib və Ozan Akbaba  xəstəxanadan çıxana qədər xanımının yanında olacaq.

Əsmətxanım


Telegram kanalımız
Seçilən
37
yenisabah.az

1Mənbələr