AZ

Sirri açılmayan 4 500 ilin möcüzəsi -

Qahirədə yerləşən Böyük Piramida və digər qədim Misir piramidaları minilliklər keçməsinə baxmayaraq hələ də insanları təəccübləndirməkdə davam edir. Metbaut.az bildirir ki, piramidaların əksəriyyəti Qədim və Orta Krallıq dövrlərdə fironlar və onların həyat yoldaşları üçün məzar kimi inşa edilmişdir. Misirin ən qədim piramidaları Sakkaradadır. Ən məşhur piramidalar isə Qahirənin yaxınlığındakı Gizadadır. Bu piramidaların bir çoxu indiyə qədər inşa edilmiş ən böyük tikililər sırasında yer alır. Xüsusilə Xeops Piramidası təxminən 4.500 il əvvəl inşa olunmasına baxmayaraq, həm Misirin ən böyük piramidasıdır, həm də Antik Dünyanın Yeddi Möcüzəsindən günümüzə qədər qorunub qalan yeganə tikilidir.

Piramidalar yalnız turistlər üçün deyil, həm də qədim misirlilərin elmi, mühəndislik və mistik biliklərinin göstəricisidir.

Seçilən
83
metbuat.az

1Mənbələr