AZ

Gürcüstan bu yerlərdə doğulan Rusiya vətəndaşlarının ölkəyə girişini məhdudlaşdırır

Gürcüstan doğum yerlərinə görə rusların ölkəyə girişinə icazə verməməyə başlayıb.

"Unikal" xəbər verir ki, son zamanlar pasportlarında doğum yerləri Ukrayna SSR, Abxaziya MSSR, Cənubi Osetiya, Krım, "DXR", "LXR" və Zaporojye və Xerson vilayətləri qeyd olunan Rusiya vətəndaşlarının Gürcüstana girişinə icazə verilməyənlərin sayında artım müşahidə olunub.

Rusiya Xarici İşlər Nazirliyi artıq məlumata cavab olaraq Gürcüstana səfər etməyi planlaşdıran vətəndaşlarına "bütün şəraiti və mümkün riskləri diqqətlə qiymətləndirməyi" tövsiyə edib.

Seçilən
91
1
unikal.az

10Mənbələr