AZ

500 ə yaxın azərbaycanlı ailənin əmlakı zərər görüb Ukraynadakı soydaşlarımız danışdılar

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Müharibəyə qədər dünyada xeyli azərbaycanlının yaşadığı ölkələrdən biri olan Ukraynada hərbi əməliyyatlar başlayandan sonra həmvətənlərimizin bir qismi ölkəni tərk etsə də, orada qalan azərbaycanlılar da az deyil.

"500-ə yaxın azərbaycanlı ailənin əmlakı zərər görüb" - Ukraynadakı soydaşlarımız danışdılar

Hazırda Ukraynada yaşayan soydaşlarımız arasında həm özəl, həm də dövlət sektorunda çalışanlarla yanaşı, idman və digər sahələrdə uğur qazanan şəxslər də var.

Donetsk vilayətində anadan olduğunu və hazırda Kiyevdə yaşadığını söyləyən Aidə Kərimova sərbəst güləşlə məşğul olduğunu deyib.

O, beynəlxalq arenada çıxış etmək üçün seçmə yarışlara hazırlaşır. Müharibə şəraitinin məşqlərə ciddi təsir göstərdiyini deyən idmançı bildirir ki, işıq və suyun olmaması hazırlıq prosesini çətinləşdirir.

Buna baxmayaraq, Aidə Kərimova 20 yaşadək idmançılar arasında Avropa çempionu olub, dünya çempionatının mükafatçısı adını qazanıb. Cari ildə isə 23 yaşadək güləşçilər arasında dünya çempionatının mükafatçısı olub.

Samir Sadıqov isə Kiyev şəhərinin Şevçenko Rayon Prokurorluğunda prokuror vəzifəsində çalışır. Prokuror kimi müharibə cinayətlərinin törədildiyi ərazilərə ezam olunur.

Onun sözlərinə görə, müharibə demək olar ki, bütün ukraynalıların həyatını alt-üst edib. Buna baxmayaraq, bütün prokurorluq əməkdaşları öz xidməti vəzifələrini layiqincə yerinə yetirərək fəaliyyətlərini davam etdirirlər.

Qeyd edək ki, artıq təxminən dörd ilə yaxındır ki, Rusiya ilə Ukrayna arasında hərbi gərginlik davam edir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
oxu.az

1Mənbələr